Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 19 Yanvar 2024 22:58
Avropa İttifaqı 10 min avrodan yuxarı məbləğdə nağd ödənişləri qadağan edəcək.
Sonxeber.net musavat.com-a istinadən xəbər verir ki, bu barədə Almaniyanın "Deutsche Welle" (DW) nəşri yazıb.
Qeyd olunub ki, Avropa Parlamenti və Aİ ölkələrinin nümayəndələri çirkli pulların yuyulmasına qarşı mübarizə üzrə müvafiq razılıq əldə ediblər. Belə ki, tənzimləmə bütün Aİ ölkələrində qüvvədə olacaq və milli qanunvericilikdə qalan boşluqları aradan qaldıracaq.
Bundan əlavə, dəbdəbəli malların satıcılarından müştərilərinin şəxsiyyətini yoxlamaq və şübhəli əməliyyatlar barədə səlahiyyətli orqanlara məlumat vermək tələb olunacaq.
Məlumata görə, daha sərt qaydalar zərgərlik məmulatlarının, lüks avtomobillərin, şəxsi təyyarələrin və yaxtaların satışına şamil ediləcək.
Bundan əlavə, Aİ rəsmiləri kriptovalyutalarla əməliyyatları və aktivləri 50 milyon avrodan çox olan insanların bank əməliyyatlarını daha diqqətlə izləməli olacaqlar. Səhmlərin ən azı dörddə birinə sahib olan şirkət sahibləri bütün Aİ-də qeydiyyatdan keçəcəklər.
Qeyd olunub ki, bu tədbirlər xüsusilə rus oliqarxlarını Aİ sanksiyalarından yan keçmək imkanından məhrum etməyə yönəlib.
Yeni qaydanın 2029-cu ildə qüvvəyə minməsi gözlənilir. Məsuliyyət Avropa Çirkli Pulların Yuyulmasına Qarşı Mübarizə İdarəsi ilə koordinasiya əsasında hakimiyyət orqanlarının üzərinə düşəcək. Təşkilatın qərargahının harada yerləşəcəyi ilə bağlı qərar 2024-cü ildə veriləcək. Almaniya bu departamenti Frankfurt-na-Maynda yerləşdirməyi təklif edir.