Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Qorxulu proqnoz: Dünya üzrə iş yerlərinin 40 faizi itiriləcək

Qorxulu proqnoz: Dünya üzrə iş yerlərinin 40 faizi itiriləcək

Tarix: 20 Yanvar 2024 16:04

Texnologiyanın inkişafı dünya üzrə iş yerlərinin təxminən 40%-nin süni intellektlə əvəzlənməsinə səbəb ola bilər.

Sonxeber.net oxu.az-a istinadən bildirir ki, bu barədə Beynəlxalq Valyuta Fondunun təhlilində bəhs edilib.

Hesabat müəllifləri siyasətçiləri narahatedici tendensiyaya diqqət yetirməyə çağırıblar.

BVF-nin təhlili göstərir ki, süni intellekt inkişaf etmiş ölkələrdə iş yerlərinin təxminən 60%-nə, aşağı gəlirli ölkələrdə isə 26%-nə təsir göstərə bilər.

Müəlliflər vurğulayıblar ki, bəzi hallarda işçilər süni intellekt inteqrasiyasından faydalana bilsələr də, digər hallarda süni intellekt insan yerinə tapşırıqları yerinə yetirərək əmək tələbini azaldır. Həmçinin qeyd olunub ki, bir çox ölkələrdə süni intellektdən istifadə üçün infrastruktur və ya ixtisaslı işçi qüvvəsi olmadığından texnologiya millətlər arasında bərabərsizliyi pisləşdirə bilər.


Etiketlər:  Qorxulu proqnoz Dünya üzrə yerlərinin faizi itiriləcək


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ