Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Soyuqlamısınızsa, bu qidaları yeməyin

Soyuqlamısınızsa, bu qidaları yeməyin

Tarix: 20 Yanvar 2024 21:00

Diyetoloq Oksana Mixalevanın sözlərinə görə, soyuqdəymə zamanı bədənimiz güclü virus infeksiyası ilə mübarizəyə yönəlir, odur ki, bu zaman onu ağır qida ilə yüklənmək olmaz.

Sonxeber.net publika.az-a istinadən xəbər verir ki, diyetoloq bu barədə "İzvestiya" qəzetinə danışıb.

Mütəxəssisin sözlərinə görə, xəstəlik dövründə orqanizm böyük miqdarda enerji tələb edir, ona görə də xəstə fəstfud, qəlyanaltılar, qazlı içkilər, yağlı və qızardılmış qidalardan imtina etməlidir, çünki bunlar həzm olunması çətin olan qidalardır.

"İştahınız yoxdursa, intoksikasiyanı tez bir zamanda azaltmaq üçün çox su içməlisiniz. Həmçinin, soyuqdəymə zamanı yemək istəmirsinizsə, sadə karbohidratlar şəklində enerji təmin etməlisiniz. Məsələn, dehidrasiya və infeksiya ilə mübarizə aparmaq üçün giləmeyvə suyu və ya ballı süd enerji səviyyəsini saxlamaq üçün yaxşı seçimdir", - o, məsləhət görüb.

Mixaleva həmçinin un məhsullarından və şirniyyatlardan imtina etməyi məsləhət görüb.


Etiketlər:  Soyuqlamısınızsa qidaları yeməyin


RƏYLƏR

OXŞAR XƏBƏRLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ