Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Hindistan bu ölkə ilə sərhəddə hasarlar çəkəcək, viza tətbiq edəcək

Hindistan bu ölkə ilə sərhəddə hasarlar çəkəcək, viza tətbiq edəcək

Tarix: 21 Yanvar 2024 11:26

Hindistan Myanma ilə sərhəddə hasarlar çəkmək niyyətindədir.

Sonxeber.net report-a istinadən xəbər verir ki, bunu ölkənin daxili işlər naziri Amit Şahın deyib.

Onun sözlərinə görə, tədbirlərin məqsədi Myanmadan Hindistan ərazisinə sərbəst gediş-gəlişi məhdudlaşdırmaqdır.

Yeni Dehli həmçinin sərhəd sakinləri üçün iki ölkə arasında sərbəst hərəkəti dayandırmağı planlaşdırır. Bu rejim 1970-ci illərdə qurulub, çünki Hindistan-Myanma sərhədində yaşayan insanların çox qohum olduğu üçün tez-tez sərhədi keçirdilər.

Nazir əlavə edib ki, həmin şəxslərə yaxın vaxtlarda qonşu ölkəyə daxil olmaq üçün viza da lazım olacaq.

Qeyd edək ki, üsyançılarla şiddətli toqquşmalardan sonra 600-ə yaxın Myanma ordusunun əsgəri Hindistan ərazisinə keçib. Hərbçilər Hindistanın Mizoram bölgəsinə sığınıblar.


Etiketlər:  Hindistan ölkə ilə sərhəddə hasarlar çəkəcək viza tətbiq edəcək


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ