Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 21 Yanvar 2024 13:28
İtaliyanın "Milan" klubunun qapıçısı Mayk Menyan irqçiliyə məruz qalıb.
Sonxeber.net report-a istinadən xəbər verir ki, hadisə komandanın "Udineze"ni səfərdə məğlub etdiyi A Seriyasının XXI turunun oyununda baş verib.
Qarşılaşmanın ilk hissəsində azarkeşlər fransalı qolkiperi fitə basıblar və meydana əşyalar atıblar. Bu səbəbdən baş hakim Fabio Mareska 32-ci dəqiqədə görüşü bir müddət dayandırıb. Mayk Menyan isə paltardəyişmə otağına yollanıb.
Daha sonra matç bərpa olunub və "Milan" 3:2 hesablı qələbə qazanıb.