Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Ən çox satılan "iPhone" hansıdır?

Ən çox satılan

Tarix: 21 Yanvar 2024 17:04

Nüfuzlu analitik Ming-Chi Ko "iPhone 15 Pro Max"ı "Apple"ın ən çox satılan smartfonu adlandırıb.

Milli.Az publika.az-a istinadən xəbər verir ki, bu barədə "Appleinsider" məlumat yayıb.

Mütəxəssisin fikrincə, Amerika brendinin ən bahalı flaqman telefonu bazarda ən populyar "iPhone" olaraq qalır. Ming-Chi Ko bu qənaətə "Apple" üçün telefoto linzalar təqdim edən Largan şirkətinin performansını təhlil etdikdən sonra gəlib.

Ekspertin fikrincə, model bütün yeni "iPhone"ların satışlarının təxminən 40-45 faizini təşkil edəcək. Ming-Chi Ko, Tayvan firmasının ABŞ tərəfdaşından asılılığını da qeyd edərək, yalnız ilin birinci yarısında "iPhone 15 Pro Max" üçün linzaların Larganın gəlirini 108,8 milyon dollar artıraraq 121,7 milyon dollara çatdıracağını söyləyib.

Nəşrin jurnalistləri xatırladıblar ki, ən bahalı "Apple" smartfonu ABŞ-da 1199 dollara satılır. Müqayisə üçün qeyd edək ki, "iPhone 15"in təqdimat modelinin qiyməti 799 dollardır.

Milli.Az


Etiketlər:  Ən çox satılan iPhone hansıdır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ