Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Qəzza zolağından girovların azad edilməsi ilə bağlı danışıqlar dalana dirənib

Qəzza zolağından girovların azad edilməsi ilə bağlı danışıqlar dalana dirənib

Tarix: 22 Yanvar 2024 08:56

İsrail Fələstinin HƏMAS hərəkatının daimi atəşkəs tələbi ilə razılaşmadığı üçün Qəzza zolağından girovların azad edilməsi üzrə danışıqlar dalana dirənir.

Milli.Az report.az-a istinadən xəbər verir ki, bu barədə "NBC News" adı açıqlanmayan diplomata istinadən məlumat yayıb.

Telekanalın məlumatına görə, danışıqlar aparan tərəflər girovların azad edilməsi üçün "bəzi mexanizmlər" üzərində razılaşıblar, lakin İsrailin mövqeyi razılaşmanın bağlanmasına mane olur.

Razılaşmanın bir aydan çox müddətə hərbi əməliyyatların dayandırılmasını, fələstinli məhbusların müqabilində girovların mərhələli şəkildə azad edilməsini nəzərdə tutacağı gözlənilir.

Milli.Az


Etiketlər:  Qəzza zolağından girovların azad edilməsi ilə bağlı danışıqlar dalana dirənib


RƏYLƏR