Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

"III Dünya müharibəsinə yaxınıq, onlar ABŞ-dən qovulacaq" - Tramp SÖZ VERDİ

Tarix: 22 Yanvar 2024 21:02

ABŞ-nin keçmiş Prezidenti Donald Tramp Respublikaçılar Partiyasından namizəd olmaq hüququ uğrunda mübarizədəki rəqibini - Birləşmiş Ştatların BMT- dəki keçmiş nümayəndəsi və Cənubi Karolinanın keçmiş qubernatoru Nikki Heylini daim müharibələrə başlamaq istəməkdə ittiham edib. 

Milli.Az sfera.az-a istinadən xəbər verir ki, siyasətçi ABŞ-dən bu kimi insanları qovacağına söz verib.

"Biz hər zaman müharibəyə başlamaq istəyən insanları qovacağıq. Nikki onlardan biridir"-, Tramp qeyd edib.

Tramp həmçinin bildirib ki, ABŞ III Dünya müharibəsinə hamının düşündüyündən daha yaxındır. Siyasətçi Yaxın Şərqdə artan gərginliyi tənqid edib və prezident seçkilərində qələbə qazandıqdan dərhal sonra Ukraynadakı münaqişəni həll edəcəyinə söz verib.

Bundan əvvəl Florida qubernatoru, respublikaçı Ron DeSantis ABŞ-də prezident seçkiləri üçün yarışdan geri çəkildiyini açıqlamışdı. O qeyd edib ki, onunla fikir ayrılıqlarını etiraf etsə də, partiya yoldaşı Trampı dəstəkləyəcək.

Yanvarın 16-da isə amerikalı sahibkar və ABŞ prezidentliyinə namizəd Vivek Ramasvami Ayova ştatında keçirilən praymerizdən sonra seçki yarışından çəkilib və Trampı dəstəkləyib.

Milli.Az


Etiketlər:  III Dünya müharibəsinə yaxınıq onlar ABŞ dən qovulacaq Tramp SÖZ VERDİ


RƏYLƏR