Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

İranda güneyli etirazçı gənc dar ağacından asıldı - VİDEO

İranda güneyli etirazçı gənc dar ağacından asıldı - VİDEO

Tarix: 23 Yanvar 2024 17:54

İranda 2022-ci ildə keçirilən ümumxalq etirazlarında həbs olunan güneyli gənc etirazçı Məhəmməd Qubadlı Kərəcin Qızılhisar zindanında edam edilib.

Milli.Az bildirir ki, bu barədə "Azad İran" "Telegram" kanalı məlumat verib.

"Qadın, həyat, azadlıq" şüarı altında etirazlara qatıldığına görə tutulan 22 yaşlı Məhəmməd Qubadlı "müharibə" (dini hökumətə qarşı üsyan qaldırmaq) və "fəsad törətmək" ittihamları ilə dar ağacından asılıb.

Paylaşılan videoya əsasən, Məhəmməd Qubadlının ailə üzvləri onun edam xəbərini həbsxananın qarşısında öyrəniblər.  

Milli.Az


Etiketlər:  İranda güneyli etirazçı gənc dar ağacından asıldı VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ