Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Qızım 18 yaşında atasından imtina etdi”

“Qızım 18 yaşında atasından imtina etdi”

Tarix: 25 Yanvar 2024 12:45

"Uşaqlıqdan sevilmədim, döyüldüm, söyüldüm. Bir qız övladım var, ona yaşadıqlarımı yaşatmaram".

Sonxeber.net axşam.az-a istinadən xəbər verir ki, bu sözləri aktrisa Sonaxanım Əliyeva "Günaydın, Azərbaycan" proqramında deyib. Sənətçi qızından danışıb. O bildirib ki, övladı atasından imtina edib:

"Ayrılıqdan sonra qızıma atası ilə əlaqəni kəsməyə imkan vermədim. Dedim, gəlsin, görüşsün. Ad günündə çağırırdım ki, hamı görsün atan var. Amma insanın iç üzü ortaya çıxır. 18 yaşında övladına da travma yaşatdı. Qızım qərar verdi ki, onun həyatında ata yoxdur. Dedi ki, utanıram atamın soyadını daşımağa. Gəldi dedi ki, icazə ver onun soyadından imtina edim və sənin soyadını götürüm. Bu gün 21 yaşı var, universiteti bitirəcək".


Etiketlər:  Qızım yaşında atasından imtina etdi


RƏYLƏR