Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 25 Yanvar 2024 14:10
Fırıldaqçılar neyron şəbəkələrdən və Paşinyanın imicindən istifadə edərək Ermənistanda yarım milyon dollar qazanıblar.
Sonxeber.net bildirir ki, internet fırıldaqçıları Ermənistanın sadə vətəndaşlarını qarət edərək, onların yarım milyon dollarını alıblar. Onlar məşhur insanların müxtəlif kommersiya layihələrinə pul yatırmağa və səhm almağa təşviq edildiyi reklam videoları yaratmaq üçün neyron şəbəkələrdən istifadə ediblər.
İnternet saxtakarlığı "Qazprom Ermənistan" şirkətinin adından yayılıb.
Vətəndaşlar fırıldaqçılar tərəfindən obrazı yaradılmış Nikol Paşinyan tərəfindən investisiya qoymağa "inandırılıblar".