Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Efirə zəng vurub təhqir etdi - "Onların çörəyi sənin burnundan gəlsin"

Efirə zəng vurub təhqir etdi -

Tarix: 26 Yanvar 2024 15:10

Əməkdar artist Elza Seyidcahanın qohumu olduğunu iddia edən və "bomj" həyatı yaşadığını deyən Ramil adlı şəxs "Elgizlə izlə" verilişinə gəlib.

Milli.Az axşam.az-a istinadən bildirir ki, məsələ ilə bağlı müğənni efirə telefon zəngi ilə qoşularaq həmin şəxsin onun haqqında səsləndirdiyi fikirlərə aydınlıq gətirib. Seyidcahan onu tanımadığını vurğulayıb və təhqir edib:

"Bütün qohumlarıma demişəm ki, mənim adımı haradasa çəkirsinizsə, ona layiq özünüzü aparın. Mən o adı brendləşdirmişəm. Bəlkə də Ramil əmim nəvəsinin nəticəsidir, amma "Mazandaran pələngi"nə oxşayır. Əgər kimsə ailədə hörmətli olan birinin adını çəkirsə, ona layiq olmalıdır. Heç olmasa, nəslimizdə məndən də böyük adamlar var, nənələrim, dayılarım, əmilərim. Hamısı hörmətli insanlar olublar, həmçinin də mən. Əgər mən bu gün 30-40-50 adama baxa bilirəmsə, deməli Ramil, "Mazandaran pələngi" özünə baxa bilər. Niyə gedib orada "bomj" kimi yaşayır? Deməli günah onun özündədir. Buna görə də ayıbdır. Ramil olmasın, orada əyləşən bütün tamaşaçılar mənim qohumumdur. Belədə ki, onun gözləri ağrıyırsa, onu əməliyyat elətdirərəm. Amma heç olmasa, bundan ibrət götürsün, bir də belə hadisələr yaşanmasın. Ayıbdır. Övladının gələcəyini düşünən ata bu əməllərini qatlayıb qoyar kənara. Gəlsin bağda bağban işləsin, görüm necə adamdır. Tanımıram onu". 

Ramil daha sonra digər qohumlarının adını çəkməyə başlayıb. Bu isə E.Seyidcahanı daha da əsəbiləşdirib:

"Onların çörəyi sənin burnundan gəlsin. Utanmayıb gedib orada yatırsan? Həyatı günahlandırma. Utanmaz. Hələ baxacağam, səni işə düzəldəcəyəm, görüm necə işləyirsən. Sən camaata pis örnəksən. Sənin yerinə mən utanıram". 

Milli.Az


Etiketlər:  Efirə zəng vurub təhqir etdi Onların çörəyi sənin burnundan gəlsin


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ