Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Qızdırmalı halda çimmək olar?

Qızdırmalı halda çimmək olar?

Tarix: 28 Yanvar 2024 07:18

Qızdırmalı halda çox xəstələr "isti hamama girsəm, bədənim açılar" fikri ilə duş alır. Xəstə insana isti buxarlı hamamda çimmək faydalıdırmı?

Sonxeber.net medicina.az-a istinadən xəbər verir ki, immunoloq Vladimir Bolibok xəstə insanın isti hamamda çimməsini qadağan edib.

"İsti hamam qan dövranına zərbə vurur və xəstəliyin daha da ağırlaşmasına səbəb olur. Xüsusən kişilərin araq içib, tərləmək və tez sağalmaq üçün saunaya girməsi ürək infarktı ilə nəticələnə bilər.

İnsanın qızdırması varsa, heç bir halda hamama, saunaya getməməli, isti vanna qəbul etməməlidir. Bu zaman bədən daha çox yüklənir. Həddindən artıq isinməyə başlayarsa, vəziyyəti daha da pisləşəcək

Qızdırması olan bədənə dinclik vermək və yataq rejimi lazımdır", - Bolibok vurğulayıb.


Etiketlər:  Qızdırmalı halda çimmək olar


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ