Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 29 Yanvar 2024 23:14
Ukrayna Silahlı Qüvvələrinin baş komandanı general Valeri Zalujnının istefası ilə bağlı yayılan xəbərlər təkzib olunub.
Sonxeber.net axar.az-a istinadən xəbər verir ki, məsələ ilə bağlı Ukrayna Müdafiə Nazirliyi məlumat yayıb.
"Hörmətli jurnalistlər, biz hamıya dərhal cavab veririk: Xeyr, bu doğru deyil", - Ukrayna MN açıqlamasında bildirib.
Bundan əlavə, Prezidentin mətbuat katibi Sergey Nikiforov da Zalujnının işdən çıxarılması xəbərini təkzib edib.
Qeyd edək ki, bu gün Ukraynanın Teleqram kanallarında və bəzi Rusiya saytlarında Valeri Zalujnının işdən çıxarıldığı, ona Avropa ölkələrindən birində səfir vəzifəsi təklif edildiyi və bundan imtina etdiyinə dair xəbərlər yayılıb.
Hətta Zalujnıdan sonra onun vəzifəsini Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəisi Kirill Budanovun tutacağı bildirilmişdi.