Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Afiyəddin Cəlilovun nəvəsinin qonşuları danışdı: ''Allahdan qorxun!''

Afiyəddin Cəlilovun nəvəsinin qonşuları danışdı: ''Allahdan qorxun!''

Tarix: 30 Yanvar 2024 16:38

Sosial şəbəkələrdə "Jalilov" adlı profillə tanınaraq qeyri-etik hərəkətlərilə gündəmə gələn, videolar çəkərək "TikTok"da paylaşan yeniyetmənin xəstəxanaya yerləşdirildiyi barədə xəbər vermişdik.

Bakıdakı 2 saylı Klinik Psixiatriya Xəstəxanasına yerləşdirildiyi bildirilən yeniyetmənin hərəkətləri sosial şəbəkələrdə pislənilir. 2009-cu il təvəllüdlü 9-cu sinif şagirdinin məşhur ailədən - Milli Məclisin mərhum vitse-spikeri Afiyəddin Cəliovun nəvəsi olması isə olayla bağlı müzakirələri bir qədər də qızışdırıb.

Çoxları tənqid edərkən yeniyetmənin qonşularından biri onun müdafiəsinə qalxıb.

Sonxeber.net konkret.az-a istinadən xəbər verir ki, babasının ad-soyadını daşıyan 15 yaşlı Afiyəddin Cəliovun qonşusu - Zərifə Mahmudova adlı qadın yeniyetmənin "TikTok"un qurbanı olduğunu qeyd edib:

"Neçə gündür rəhmətlik Afiyəddin Cəlilovun nəvəsinə qarşı kampaniya davam edir. O uşaq bizim qonşumuzdur. Gözümün qabağında doğulub-böyüyüb. Çox tərbiyəli, böyüyə, kiçiyə hörmət edən sadə bir oğlandır. Sadəcə, zəmanə uşağıdır, "TikTok"un növbəti qurbanlarından biridir. Bir yeniyetmənin həyatını belə məhv etmək olmaz! Allahdan qorxun!" - deyə yeniyetmənin qonşusu sosial şəbəkələrdəki müzakirələrə etiraz edib.


Etiketlər:  Afiyəddin Cəlilovun nəvəsinin qonşuları danışdı Allahdan qorxun


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ