Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

"Jalilov" xəstəxanadan çıxarılıb? - VİDEO

Tarix: 31 Yanvar 2024 10:10

Sosial şəbəkələrdə ictimai məkanlarda insanları narahat edərək lağlağı videolar çəkdiyi üçün nəzarətə götürülən Əli-Afiyyəddinin xəstəxanadan evə buraxıldığı iddia olunub. 

Milli.Az olay-a istinadən bildirir ki, bununla bağlı aktyor Əlixan Rəcəbov paylaşım edib. O iddia edib ki, həmin şəxs bir qədər əvvəl teleqram "story"sində video paylaşıb:

"Bu da 40 dəqiqə əvvəl  teleqram kanalında yeni video paylaşıb. Uşaqlar bizim gələcəyimizdi, amma bəziləri gəlməsə də, olar".

Qeyd edək ki, sosial şəbəkələrdə yetkinlik yaşına çatmayan şəxsin hərəkətləri müzakirələrə səbəb olub.

Sonuncu dəfə paytaxtın mərkəzində yaşlı qadını qucağına alaraq onu narahat etməsi ilə gündəmə gələn yeniyetmə Azərbaycanın dövlət və siyasi xadimi Afiyəddin Cəlilovun nəvəsidir.

Paytaxtın Səbail rayon sakini olan Əli-Afiyəddin Nihad oğlu Cəlilov sosial şəbəkələrdə "Jalilov" adlı profillə tanınır. Babasının adını daşıyan yeniyetmənin atası Nihad Cəlilov isə Bakıda tanınmış biznes adamlarından sayılır. "Armada Distrubition" şirkətinin rəhbəri olan Nihad Cəlilov Bakı bulvarı ərazisində iaşə obyektinə də sahibdir.

"Qafqazinfo"nun əldə etdiyi digər məlumata görə, 2009-cu il təvəllüdlü Əli-Afiyəddin özəl məktəblərdən birinin 9-cu sinif şagirdidir. 

Qeyd edək ki, Afiyəddin Cəlilov Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sədri, Azərbaycan Ali Sovetinin sədr müavini, daha sonra Prezidentin müşaviri olub. 1994-cü ildə Bakıda yaşadığı binanın blokunda sui-qəsd nəticəsində öldürülüb.

Onu da xatırladaq ki, DİN-dən bildirilib ki, yetkinlik yaşına çatmayan şəxs A.C valideyni ilə birgə polis idarəsinə dəvət olunaraq araşdırılıb. 

Valideynin iştirakı ilə onun sağlamlıq vəziyyəti nəzərə alınaraq müvafiq xəstəxanaya yerləşdirilməsi təmin olunub.

Milli.Az


Etiketlər:  Jalilov xəstəxanadan çıxarılıb VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ