Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

AZAL-dakı vəzifəsindən getdi

AZAL-dakı vəzifəsindən getdi

Tarix: 1 Fevral 2024 12:12

"Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) İctimaiyyətlə əlaqələr və kommunikasiya idarəsinin rəisi Aysel Süleymanova vəzifəsindən ayrılıb.

Milli.Az bildirir ki, bu barədə "Qafqazinfo"ya Süleymanovanın özü məlumat verib.

O bildirib ki, alternativ iş təklifi aldığına görə işdən çıxıb: "Dünən AZAL-da sonuncu iş günüm idi. Alternativ iş təklifi aldığıma görə işdən uzaqlaşmışam". 

Xatırladaq ki, A.Süleymanova bu vəzifəyə 2023-cü ilin sentyabrında təyin edilmişdi.

Milli.Az


Etiketlər:  AZAL dakı vəzifəsindən getdi


RƏYLƏR