Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 2 Fevral 2024 08:26
ABŞ Prezidenti Co Bayden İordan çayının qərb sahilində zorakılıq insidentlərində iştirakda ittiham olunan dörd İsrail vətəndaşına qarşı sanksiya tətbiq edib.
Sonxeber.net publika.az-a istinadən xəbər verir ki, bu qərar bölgədə fələstinlilərə hücum edənlərin cəzalandırılmasını nəzərdə tutan fərmanın bir hissəsi olaraq qəbul edilib.
Prezidentin sərəncamı fələstinlilərə hücumlarda, onlara hədə-qorxu gəlmələrdə və ya əmlaklarının ələ keçirilməsində iştirak edən şəxslərə maliyyə sanksiyaları və viza məhdudiyyətləri tətbiq edir.
Ağ Evin milli təhlükəsizlik müşaviri Ceyk Sullivan vurğulayıb ki, bu tədbirlər həm israillilər, həm də fələstinlilər üçün sülhün qorunması və təhlükəsizliyin təmin edilməsinə yönəlib.
Belə ki, Huvarada avtomobillərin və binaların yandırıldığı və bir fələstinlinin ölümünə səbəb olan iğtişaşlara görə David Çai Çasdai sanksiyaya məruz qalıb. Siyahıda fələstinli fermerlərə hücum edən Eynan Tanjil də var.