Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Dünyada ölümcül xəstəlikdən sağalan ilk insan oldu

Dünyada ölümcül xəstəlikdən sağalan ilk insan oldu

Tarix: 2 Fevral 2024 18:15

Avstraliyalı bir qadın dünyada ölümcül xəstəlikdən sağalan yeganə insan olub. 

Sonxeber.net lent.az-a istinadən xəbər verir ki, bu qadın dünya üzərində mal-qara və qoyunlarda ölümcül qara ayaq xəstəliyinə səbəb olan bakteriyaya yoluxduğu bilinən üçüncü şəxs olub. Bilinən digər iki şəxsin həyatını qurtarmaq mümkün olmasa da, bu qadın möcüzəvi şəkildə sağ qalıb. 

Məlum olub ki, 48 yaşlı qadın bağçada əlcəksiz işləyib və bu zaman ev pişiyi onun əllərini cızıb.  Bundan sonra o, bakteriyaya yoluxub və bir neçə gün sonra xəstəxanaya müraciət edib. Qadın reanimasiya şöbəsinə yerləşdirilib.

Sonradan həkimlər xəstənin qanında torpaqda sporlar şəklində yaşayan, udulduqda və ya nəfəs aldıqda qan dövranına və əzələ toxumasına daxil olan "Clostridium chauvoei" bakteriyasının ölümcül formasını aşkar ediblər. Dəqiq diaqnoz və vaxtında aparılan müalicə sayəsində iki həftə yarımdan sonra qadının səhhəti normallaşıb və üç aydan sonra tam sağalıb

Qeyd edək ki, indiyədək yalnız iki nəfər "Clostridium chauvoei" virusuna yoluxub və hər ikisi bu bakteriyaya yoluxma nəticəsində yaranan fəsadlardan dünyasını dəyişib. 


Etiketlər:  Dünyada ölümcül xəstəlikdən sağalan insan oldu


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ