Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Ləğv prosesində olan bu bankın kreditorlarına müraciət edildi

Ləğv prosesində olan bu bankın kreditorlarına müraciət edildi

Tarix: 3 Fevral 2024 14:36

Əmanətlərin Sığortalanması Fondu (ƏSF) ləğv prosesində olan "Dəmir Bank" ASC-nin kreditorlarına müraciət edib.

Milli.Az-ın məlumatına görə, müraciətdə deyilir ki, növbəlikdə sonuncu sırada olan təminatsız kreditorların tələblərinin növbəti ödənişi 5 fevral 2024-cü il tarixdən etibarən başlayacaq.

Tələblərin ödənişi nağdsız qaydada həyata keçiriləcək.

Kreditorlardan xahiş olunur ki, tələblərin ödənişi ilə bağlı ƏSF-nin Bakı şəhəri, Babək prospekti 16 ünvanında yerləşən binasına müvafiq sənədlərlə müraciət edərək ödəniş üçün bank rekvizitlərini təqdim etsinlər.

Əlavə məlumat almaq üçün qaynar xətt: (+994) 941

Milli.Az


Etiketlər:  Ləğv prosesində olan bu bankın kreditorlarına müraciət edildi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ