Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Çinarə keçmiş əri olan aktyorun yenidən ailə qurduğu ÜZƏ ÇIXDI - VİDEO

Çinarə keçmiş əri olan aktyorun yenidən ailə qurduğu ÜZƏ ÇIXDI - VİDEO

Tarix: 4 Fevral 2024 14:35

Aktyor Əlibəy Məmmədlinin evli olduğu üzə çıxıb.

Sonxeber.net bizim.media-ya istinadən bildirir ki, bu haqda Əlibəy qonaq olduğu "10-da görüşək" səhər şousunda məlumat verib.

Aktyor bu evlilikdən bir oğlan övladının da dünyaya gəldiyini açıqlayıb:

"Subay deyiləm, evliyəm. Bir-iki il olar ki, ailə qurmuşam. Pandemiya ərəfəsinə təsadüf edir. Hətta Agah adında bir oğlan övladım da var. Mən böyük toy etməmişəm, ailəiçi məclisim olub. 

Ailə qurduğum xanım mənimlə uşaqlıqdan tanışdır. Məni başqa insan anlamayacaq deyə onunla ailə qurdum. O, mənim uşaqlığımı görməli idi ki, indi əsəblərimə tab gətirə, hər halımı qəbul edə bilsin. Ona bu məsələlərdə çox təşəkkür etmirəm ki, arxayınçılıq yaranmasın".
Qeyd edək ki, illər əvvəl Əlibəy Məmmədli müğənni Çinarə Məlikzadə ilə ailəli olub. Lakin onların evliliyi heç bir il çəkməyib.
 


Etiketlər:  Çinarə keçmiş əri olan aktyorun yenidən ailə qurduğu ÜZƏ ÇIXDI VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ