Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bu qərarı Putinə hədiyyə adlandırdılar

Bu qərarı Putinə hədiyyə adlandırdılar

Tarix: 4 Fevral 2024 15:30

Respublikaçılar ABŞ Prezidenti Co Baydenin mayeləşdirilmiş təbii qazın (LNG) xaricə ixracını qadağan etmək qərarını Rusiya lideri Vladimir Putinə hədiyyə adlandırıblar.

Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə "Foreign Policy" nəşri yazıb:

"Bayden administrasiyasının ABŞ-nin yeni LNG ixrac müqavilələri üçün təsdiqləri dayandırması respublikaçıları hiddətləndirib. Bunu Putinə hədiyyə adlandıraraq, ABŞ-nin müttəfiqlərinin təhlükəsizliyini təhdid etdiyinə inandıqları bu addıma qarşı çıxdılar".

Nəşr qeyd edib ki, ABŞ liderinin qərarı Avropa və Asiyada tənqid olunub. ABŞ-nin Avropa və Asiya tərəfdaşlarının fikrincə, LNG ixracına qoyulan qadağa onların alternativ enerji mənbələri tapmaq imkanlarını təhlükə altına qoya bilər.

Qeyd edək ki, yanvarın 26-da Bayden ABŞ-dən qaz ixracı üçün yeni müqavilələrin təsdiqi prosedurunun dayandırıldığını elan edib. O, bu addımını iqlim dəyişikliyi ilə bağlı vəziyyətlə izah edib. ABŞ Konqresi prezidentin LNG ilə bağlı qərarını "iyrənc uğursuzluq" adlandırıb.


Etiketlər:  qərarı Putinə hədiyyə adlandırdılar


RƏYLƏR

OXŞAR XƏBƏRLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ