Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 4 Fevral 2024 21:22
Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bəzi məşhur sənətçilərin ölkədən getməsinə münasibət bildirib.
Sonxeber.net kult.az-a istinadən xəbər verir ki, o, bu barədə "TV Center" kanalının efirində danışıb.
"Şeytan onları yoldan çıxarıb", - deyə Zaxarova "Bi-2" qrupu, Alla Puqaçova və digər sənətçilərin ölkədən getməsini şərh edərkən deyib.
Zaxarova həmçinin bildirib ki, Kiyev rejimini dəstəkləyən sənətçilərin mövqeyi onların əleyhinə işləyir.