Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

ABŞ bunu bəhanə edib Türkiyəni uzaqlaşdırdı - Fidan

ABŞ bunu bəhanə edib Türkiyəni uzaqlaşdırdı - Fidan

Tarix: 6 Fevral 2024 07:22

ABŞ Rusiyadan S-400 zenit-raket komplekslərinin alınmasını bəhanə edərək Türkiyəni F-35 qırıcı proqramından kənarlaşdırıb. Bu səbəbdən Ankara itkilərə məruz qaldı və əməliyyat imkanları zəiflədi.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bunu Türkiyə xarici işlər naziri Hakan Fidan deyib.

"NATO tərəfdaşlarımızdan gözlənilən hava hücumundan müdafiə dəstəyi ala bilmədik və S-400-lə bağlı Rusiya ilə razılaşma əldə etdik. Amerikalılar da Türkiyəni F-35 proqramından çıxarmaq üçün bundan bəhanə kimi istifadə etdilər", - Fidan bildirib.

XİN başçısının sözlərinə görə, Türkiyə F-35 təyyarələrinin təkcə müştərisi deyil, həm də onların komponentlərinin istehsalçılarından biri olub:

"Maliyyə itkiləri ilə yanaşı, əməliyyat imkanlarımızı da itiririk. İndi biz bu itkiləri aradan qaldırmaq üçün çalışırıq. Ölkəmizin müvafiq idarələri dəymiş maddi ziyanın ödənilməsi məsələsi üzərində fəal işləyirlər".

Fidan bildirib ki, S-400-lərin alınmasından sonra Türkiyə paralel olaraq özünün yerli "Hisar" qısa, orta və uzaq mənzilli hava hücumundan müdafiə sistemlərinin yaradılmasına başlayıb:

"Bununla bağlı Qərb ölkələri ilə tərəfdaşlıq və ya digər növ müqavilələr davam edəcəkmi, bilmirəm. Bu barədə özləri düşünməlidirlər. Milli siyasətimiz ondan ibarətdir ki, biz hava hücumundan müdafiəni həm idxal, həm də yerli istehsal hesabına təmin etməliyik".

Milli.Az


Etiketlər:  ABŞ bunu bəhanə edib Türkiyəni uzaqlaşdırdı Fidan


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ