Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Anar Vəziroğlu Mənzurə ilə DALAŞDI: "Sən kimsən, axı?" - VİDEO

Anar Vəziroğlu Mənzurə ilə DALAŞDI:

Tarix: 6 Fevral 2024 16:10

Şair və jurnalist Anar Vəziroğlu ilə müğənni Mənzurə Musayeva arasında efirdə qalmaqal yaşanıb. 

Milli.Az bizim.media-ya istinadən bildirir ki, tərəflər "Elgizlə izlə" ictimai-sosial verilişinin canlı yayımında qarşı-qarşıya gəliblər. 

Buna səbəb Vəziroğlunun "Mənzurəyə sual verirəm - Şövkətin tələbəsi olmuşam nə deməkdir?" sözləri olub. 

Bunu eşidən Mənzurə "od püskürüb". Musayeva ayağa qalxaraq Vəziroğlunun üzərinə gedib və bu sözləri dilə gətirib: 

"Mən onun tələbəsi deyiləm. Bu, bildiyini də danışır, bilmədiyini də... Mən daha sənin nazınla oynayan deyiləm. Sən kimsən, axı? Sən mənə söz deyə bilmərsən. Sənin mənimlə nə işin var? Anar mənim sənətimə söz deyə bilməz". 

Daha sonra hər iki məşhurun mikrofonu söndürülüb və ikili öz aralarında efirdə dalaşıblar. Əsəblərini cilovlaya bilməyən Mənzurə qəzəbli halda studiyadan çıxaraq, verilişi tərk edib. 

Efirdə yaşanan qalmaqal dolu həmin anları təqdim edirik: 

Milli.Az


Etiketlər:  Anar Vəziroğlu Mənzurə ilə DALAŞDI Sən kimsən axı VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ