Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Meymunlar işğal etdilər: "Xəyal şəhərə" çevriləcək

Meymunlar işğal etdilər:

Tarix: 8 Fevral 2024 21:26

Təxminən 3500 meymun Tailandın Lopburi şəhərinə hücum edib.

Milli.Az lent.az-a istinadla xəbər verir ki, "xəyal şəhərciyinə çevrilmək təhlükəsi ilə üzləşən" şəhərdə meymun hücumunun artması səbəbindən bir çox mağaza və müəssisə qapılarını bağlayıb.

Təxminən 3500 meymunun ələ keçirdiyi Tailand şəhərində həyat dayanıb.

Lopburi əyalətindəki eyniadlı şəhər vaxtilə ölkənin mühüm ticarət və turizm mərkəzlərindən biri olub. Ancaq Honq-Konqda çıxan ingilis qəzeti "South China Morning Post"un xəbərində meymun istilasına görə bölgənin "xəyal şəhərciyinə çevrilmək təhlükəsi ilə üzləşdiyi" yazılıb.

Lopburi Ticarət Palatasının prezidenti Ponqsatorn Chaichanapanich, son iki ildə artan meymun istilası səbəbindən şəhərin mərkəzindəki bir çox mağaza və müəssisənin qapılarını bağladığını söyləyib.

Xəbərə görə, Ponqastorn şəhərin tarixi yerlərinin görünməz hala gəldiyini və dövlətin bu vəziyyətə ən qısa zamanda çarə tapması lazım olduğunu bildirib.

Milli.Az


Etiketlər:  Meymunlar işğal etdilər Xəyal şəhərə çevriləcək


RƏYLƏR