Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Zelenski Zalujnıya “Ukrayna Qəhrəmanı” adı verdi

Zelenski Zalujnıya “Ukrayna Qəhrəmanı” adı verdi

Tarix: 9 Fevral 2024 15:28

Ukrayna Silahlı Qüvvələrinin keçmiş baş komandanı Valeri Zalujnı Ukrayna Qəhrəmanı adına layiq görülüb.

Milli.Az axar.az-a istinadən bildirir ki, müvafiq fərman Ukrayna Prezidentinin saytında dərc olunub.

"Ukraynanın dövlət suverenliyinin və ərazi bütövlüyünün qorunmasında müstəsna şəxsi xidmətlərinə, Ukrayna xalqına fədakar qulluğuna görə general Valeri Fedoroviç Zalujnıya "Qızıl Ulduz" ordeni ilə Ukrayna Qəhrəmanı adının verilməsini qərara alıram", - fərmanda deyilir.

Qeyd edək ki, fevralın 8-də Vladimir Zelenski Ukrayna Silahlı Qüvvələrinin baş komandanı Valeri Zalujnı vəzifəsindən azad edib.

Milli.Az


Etiketlər:  Zelenski Zalujnıya Ukrayna Qəhrəmanı adı verdi


RƏYLƏR