Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

MDB Parlamentlərarası Assambleya Şurasının Baş katibi və müavini İlham Əliyevi təbrik edib

MDB Parlamentlərarası Assambleya Şurasının Baş katibi və müavini İlham Əliyevi təbrik edib

Tarix: 9 Fevral 2024 19:15

MDB Parlamentlərarası Assambleya Şurasının Baş katibi Dmitri Kobitskidən və Baş katibin müavini Aydın Cəfərov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, məktubda deyilir:

"Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Möhtərəm cənab Prezident.

Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlərin Parlamentlərarası Assambleyası Şurasının Katibliyi adından Sizi Azərbaycan Respublikasının Prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə təbrik edirik.

Prezident seçkilərində inamlı qələbəniz vətəndaşların Sizə yüksək etimadının və Azərbaycan xalqının yekdil dəstəyinin parlaq sübutudur.

İnanırıq ki, Sizin fəaliyyətiniz gələcəkdə də əmin-amanlığa və Azərbaycanın tərəqqisinə, bütün dünyada nüfuzunun möhkəmlənməsinə kömək edəcəkdir.

Sizə - görkəmli dövlət xadiminə möhkəm cansağlığı və bu məsuliyyətli vəzifədə yeni məhsuldar fəaliyyət arzulayırıq".


Etiketlər:  Parlamentlərarası Assambleya Şurasının Baş katibi müavini İlham Əliyevi təbrik edib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ