Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Açıq geyinməsinlər, efirə baxanda utanıram''

''Açıq geyinməsinlər, efirə baxanda utanıram''

Tarix: 9 Fevral 2024 19:30

"Azərbaycanda oriental rəqs qəbul olunmur. Mənəvi olaraq çox çətindir. Özümə qəbul etdirə bilmədim. Ona görə də rəqsimin ən tələbolunan vaxtında onunla sağollaşdım".

Sonxeber.net axşam.az-a istinadən bildirir ki, bu sözləri müğənni-rəqqasə Sevda Sanəliyeva "Özəl" proqramına açıqlamasında deyib. Sənətçi bir müddət yaradıcılığına fasilə verməsindən danışıb:

"Övladlarıma görə sənətə fasilə verdim. İstəmədim uşaqlarım dayə əlində böyüsün. Daha sonra isə anamı itirdim deyə fasilə verdim. Televiziyadan uzaqlaşsam da, səhnədə olurdum. Uşaqlarıma görə son nəfəsimə qədər sevə-sevə sənəti ataram".

Sevda sənət dostlarından gileylənib:

"Məni görəndə necə tərifləyirlər, amma efirdə bir dəfə adımı çəkmirlər. Niyə adım çəkilmir? Şou-biznesdə xoşuma gəlməyən çox şey var. Çox istəyərdim efirdə şəxsi söhbət olmasın, bir-biri ilə dalaşmasınlar. İzləyiciyə hörmətsizlikdir. Mən, böyüyüm, övladım baxır. Utanıram... Bir də efirdə açıq geyinmələrini istəməzdim. Geyimə diqqət edilsin". 


Etiketlər:  Açıq geyinməsinlər efirə baxanda utanıram


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ