Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Canavarlarda xərçəngdən ölməməyə imkan verən genlər tapıldı

Canavarlarda xərçəngdən ölməməyə imkan verən genlər tapıldı

Tarix: 12 Fevral 2024 05:06

Çernobıl Atom Elektrik Stansiyasının (AES) təcrid zonasında yaşayan canavarların xərçəngdən sağ qalmasına imkan verən genom var. 

Milli.Az olke.az-a istinadən xəbər verir ki,  bu barədə Prinston Universitetinin bioloqu Kara Lavın İnteqrativ və Müqayisəli Biologiya Cəmiyyətinin saytında dərc olunmuş araşdırma məqaləsində deyilir.

Araşdırma artan xərçəng riskinə davamlı görünən canavar genomunun spesifik bölgələrini müəyyən edib.

Qeyd edək ki, Ukraynanın şimalındakı Pripyat şəhəri yaxınlığında Çernobıl Atom Elektrik Stansiyasının 4 saylı nüvə reaktorunda 1986-cı il 26 aprel tarixində qəza baş verib. Yaralıların ümumi sayı mübahisəli bir məsələ olaraq qalır. Yayılan radiasiya nəticəsində ölüm sayının təxminləri, bir BMT araşdırmasında 4.000-dən, "Greenpeace" araşdırmasında göstərilən 200.000-ə qədər dəyişir.

Milli.Az


Etiketlər:  Canavarlarda xərçəngdən ölməməyə imkan verən genlər tapıldı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ