Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

12 ildən sonra ilk dəfə Misirə gedir

12 ildən sonra ilk dəfə Misirə gedir

Tarix: 14 Fevral 2024 10:26

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün 12 ildən sonra ilk dəfə Misirə rəsmi səfərə gedir. 

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, Ərdoğan səfəri çərçivəsində misirli həmkarı Əbdülfəttah əs-Sisi ilə danışıqlar keçirəcək.

Görüş zamanı iki ölkə arasında münasibətlərlə yanaşı, İsrail-Fələstin qarşıdurması və regional məsələlər müzakirə ediləcək.

Xatırladaq ki, Türkiyə ilə Misir arasında münasibətlər 2013-cü ildə hərbçilər tərəfindən islamçı Məhəmməd Mursinin devrilməsindən sonra pisləşib, bundan sonra tərəflər öz səfirlərini geri çağırıblar. 2021-ci ilin mart ayında Türkiyənin keçmiş xarici işlər naziri Mövlud Çavuşoğlu Ankara ilə Qahirə arasında əlaqələrin diplomatik səviyyədə bərpa olunduğunu bəyan edib.

Milli.Az


Etiketlər:  12 ildən sonra ilk dəfə Misirə gedir


RƏYLƏR