Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 14 Fevral 2024 21:12
Ayaqlar müxtəlif səbəblərə görə ağrıya bilər. Buna misal insan uzun müddət ərzində ayaq üstə olduqda, gəzdikdə, fiziki işlə və ya idmanla məşhul olduqda, ayaqlar güclü yükləmələrə məruz qalmasını göstərmək olar.
Lakin insan dincələndən sonra bu ağrılar keçir. Bəzi hallarda isə ayaqlar heç bir fiziki yükləmə olmadan ağrıya bilər. Bu hər hansı xəstəliyin və ya pozulmanın əlaməti ola bilər. Hər bir insan bu pozulmaların simptomlarını bilməli və zərurət yarandıqda vaxt itirmədən həkimə müraciət etməlidir.
Sonxeber.net lent.az-a istinadən ayaqlarda ağrıların və narahatçılığın səbəblərini sadalayır:
- Varikoz xəstəliyi. Varikoz xəstəliyi zamanı venoz qanın axması pozulur, venoz damarlarda təzyiq artır, durğunluq yaranır. Bu səbəblərə görə bu xəstəliyi olan insanlar ayaqlarında ağırlıq, dartıcı ağrılar hiss edir.
- Tromboflebit. Venoz qanın durğunluğu damarda trombun yaranmasına səbəb ola bilər. Tromboflebit xəstə ayaqda kəskin ağrı və yandırma hissi ilə müşayiət olunur. Ayaq qızarır və ödemləşir. Damarlar bərkiyir və çox ağrılı olur. Bədən hərarəti yüksələ bilər. Bu çox təhlükəli xəstəlikdir.
- Oturaq sinirin iltihabı (işias). Ayaqlarda ağrıların ən yayılmış səbəbi fəqərələr arası disklərin yırtığı və osteoxondrozdur. Bu pozulmaların nəticəsində sinirlər sıxılır və ağrı əmələ gəlir. Ağrı belin aşağı hissəsindən başlayır, sağrıya və ayağın arxa hissəsi boyu dabana kimi yayılır. Ağrı gah yandırma, gah soyuma, gah da keyləşmə hissi ilə müşayiət olunur.
- Osteoporoz. Bu kalsium elementinin defisiti nəticəsində yaranan sümük toxumasının nazikləşməsidir. Ayaqlarda qıcolmalar, baldırlarda güclü ağrılar əmələ gəlir. Bu xəstəlik yaşı 40-dan artıq olan qadınlarda, çoxlu siqaret çəkən və qəhvə içən insanlarda daha tez-tez inkişaf edir.
- Osteomielit. Bu xəstəlik zamanı infeksion proses sümüyə yayılır. Osteomielit vərəmin, sifilisin, və bəzi digər xəstəliklərin ağırlaşması kimi, travma (sınıq, güllə yarası və s.), steril olmayan cərrahiyyə əməliyyatı nəticəsində inkişaf edə bilər. Ağrılar çox güclü olur, vaxt keçdikcə daha da artır, xəstənin bədən hərarəti qalxır. Bu çox təhlükəli xəstəlikdir. Müalicə vaxtında başlamadıqda xəstəlik ölümlə nəticələnə bilər
- Şəkərli diabet. Bu xəstəlikdən əziyyət çəkən insanlarda ayaqlarda ağrı və ağırlıq olur, gecə ayaqlarda tez-tez qıcolmalar baş verir. Ayaqlar ödemləşir, onlarda keyimə və arabir sancma hiss olunur. Baldır hssələrin dərisi quru olur, qabıq verir.
- Yastıpəncəlik. Bu pozulma zamanı pəncə əzələləri və bağları zəifləyir, pəncə öz amortizasiya funksiyasını itirir ki, nəticədə ayaqlarda ağrılar yaranır. Ayaqlar tez yorulur, tez-tez ağrıyır, ayaqlarda ağırlıq hiss olunur.
- Artrit. Pəncədə 10-dan artıq oynaqlar var. Bəzi hallada bu oyanaqlara infeksiya düşür, iltihab yaranır. Artrit zamanı ayaqlar bütün gün ərzində ağrıyır, ağrı gah güclənir, gah da azalır. Oynaq şişir, ətrafında olan dəri qızarır və sanki yanır. Qadınlar kişilərlə müqayisədə artritdən 3 dəfə çox hallarda əziyyət çəkir.
- Miozit. Əzələlərin iltihabı. Bu xəstəlik ilfeksion xəstəlyin fonunda (qrip və s.), travmadan, güclü soyuqlamadan və ya güclü fiziki gərginlikdən sonra inkişaf edir. Ağrılar çox güclü, dözülməz olur.
- Piylənmə. Piylənmə zamanı aşağı ətraflar çox güclü yükləmələrə məruz qalır ki, nəticədə ayaqlarda ağrılar əmələ gəlir.
- Ateroskleroz. Bu xəstəlik də ayaqlarda sıxıcı ağrılara səbəb olur. Ağrı baldır əzələsində yaranır, onun intensivliyi insan ayaq üstə olanda, gəzəndə artır. Xəstəlik inkişaf etdikcə ağrılar xəstə uzanaq vəziyyətdə olduqda da yaranır. Pəncələr havadan asılı olmayaraq daim soyuq olur.
Ateroskleroz zamanı ağrıların səbəbi qan damarların divarlarının bərkiməsi (normada onlar elastik olurlar), arteriyanın daralması, damarın daxilində aterosklerotik yığınların olmasıdır.