Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Ərdoğan ABŞ-ni ittiham etdi

Ərdoğan ABŞ-ni ittiham etdi

Tarix: 15 Fevral 2024 15:44

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Yaxın Şərqdəki vəziyyətə görə ABŞ-ni ittiham edib.

Milli.Az report-a istinadən xəbər verir ki, o, bu barədə Misir səfərindən qayıdarkən jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, Qəzzada qan axması hələ də dayanmayıb: "İsrailin hücumları davam edir. Sülh çağırışları ABŞ-nin mənfi təsirləri nəticəsində nəticəsiz qaldı. ABŞ bəzi rəsmilərini bu işi həll etmək üçün regiona göndərdiyini deyir, amma nəticə əldə olunmur".

Ərdoğan vurğulayıb ki, Türkiyə bütün bunlara baxmayaraq, sülh və sabitlik üçün çalışmağa davam edir: "Çünki başqa çıxşı yolu yoxdur. Qərb rəsmiləri bizim təmasa keçəndə onlara da eyni sözləri deyirik".

Milli.Az


Etiketlər:  Ərdoğan ABŞ ni ittiham etdi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ