Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Riçard Raşi İlham Əliyevi təbrik edib

Riçard Raşi İlham Əliyevi təbrik edib

Tarix: 16 Fevral 2024 14:51

Slovakiya Respublikasının investisiyalar, regional inkişaf və informasiyalaşdırma naziri Riçard Raşi Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.

Sonxeber.net president.az-a istinadən bildirir ki, məktubda deyilir:

"Zati-aliləri.

Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi səmimi-qəlbdən təbrik edirəm.

Azərbaycan Respublikası vətəndaşlarının müasir tarixdə ilk dəfə olaraq öz vətənlərinin bütün ərazisində seçki hüququndan istifadə edə bilmələri əlamətdar hadisədir və bu tarixi hadisə ölkənizin tam suverenliyini təsdiq edir.

Fürsətdən istifadə edərək ölkələrimizin nəinki qoruyub saxladığı, həmçinin sistemli şəkildə dərinləşdirdiyi möhkəm dostluq münasibətlərini vurğulamaq istəyirəm. Slovakiya Azərbaycanla ticari-iqtisadi əlaqələrin inkişafından tutmuş beynəlxalq səviyyədə qarşılıqlı dəstəyə qədər bir sıra sahələrdə əməkdaşlığı yüksək qiymətləndirir.

İnanıram ki, ikitərəfli əməkdaşlığımız qarşılıqlı anlaşma və ümumi maraqlar naminə bundan sonra da inkişaf edəcək və möhkəmlənəcəkdir.

Zati-aliləri, Sizə möhkəm cansağlığı, fəaliyyətinizdə uğurlar arzulayıram".


Etiketlər:  Riçard Raşi İlham Əliyevi təbrik edib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ