Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Yaponiyanın Baş naziri İlham Əliyevə təbrik məktubu göndərib

Yaponiyanın Baş naziri İlham Əliyevə təbrik məktubu göndərib

Tarix: 16 Fevral 2024 20:33

Yaponiyanın Baş naziri Fumio Kişida Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, məktubda deyilir:

"Zati-aliləri.

Azərbaycan Respublikası Prezidenti vəzifəsinə yenidən seçilməyiniz münasibətilə Sizə Yaponiya hökuməti və Yaponiya xalqı adından səmimi təbriklərimi çatdırıram.

Azərbaycan beynəlxalq enerji təhlükəsizliyi üçün önəmli rola malik ölkə olmaqla yanaşı, regionun sabitliyinin və inkişaf açarının sahibidir. 2022-ci ildə ölkələrimiz arasında diplomatik əlaqələrin qurulmasının 30-cu ildönümü qeyd edilmişdir. Diplomatik münasibətlər qurulandan sonra hökumətlərarası dialoqlar başda olmaqla, yüksək səviyyəli səfərlər, parlamentlərarası, həmçinin regionlarda yerli özünüidarəetmə orqanları arasındakı münasibətlər, iqtisadi və ekoloji sahədə əməkdaşlıq və digər istiqamətlərdə əlaqələr fəallaşmaqdadır.

Yaponiya və Azərbaycan arasındakı önəmli münasibətlərin bundan sonra daha da inkişaf etdirilməsi üçün Zati-alinizlə əməkdaşlıq etmək niyyətindəyəm.

Azərbaycana, eləcə də Azərbaycan xalqına ürəkdən firavanlıq arzu edirəm".


Etiketlər:  Yaponiyanın Baş naziri İlham Əliyevə təbrik məktubu göndərib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ