Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 16 Fevral 2024 21:58
İsrailin Qəzza zolağından fələstinliləri deportasiya etmək kimi bir planı yoxdur.
Sonxeber.net report-a istinadən xəbər verir ki, bu barədə İsrailin xarici işlər naziri İsrael Kats Münhen Təhlükəsizlik Konfransında bildirib.
"Bizim fələstinliləri Qəzza zolağından deportasiya etmək niyyətimiz yoxdur", - o deyib.
İ.Kats əlavə edib ki, beynəlxalq ictimaiyyət İran və "Hizbullah"a Livanın cənubundan çəkilmələri və BMT Təhlükəsizlik Şurasının 1701 saylı qətnaməsini yerinə yetirmələri üçün təzyiq göstərməlidir.