Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 19 Fevral 2024 14:42
Türkiyə hökuməti Əmək Məcəlləsinə iş həftəsini 48 saatdan 35-40 saata endirə biləcək qanunvericilik dəyişiklikləri hazırlayır.
Sonxeber.net axar.az-a istinadən bildirir ki, bu barədə "Sabah" qəzeti məlumat yayıb.
Məlumata görə, hakimiyyət sektorlara görə fərqlənən əmək qanunlarını birləşdirməyi və məşğulluq sektoru üçün hərtərəfli, vahid tənzimləmə hazırlamağı planlaşdırır:
"Hökumət bütün peşə qrupları üçün qaydaları unifikasiya etmək, norma kimi həftədə 35-40 iş saatı tətbiq etmək niyyətindədir. Bu dəyişikliklərin texnoloji inkişafın mövcud vəziyyəti nəzərə alınmaqla hazırlanması planlaşdırılır ki, bu da proseslərin səmərəliliyini artırmaqla əməliyyat vaxtını azaltmağa imkan verir".