Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

“Apatiya” filminin təqdimatı baş tutdu - FOTO

“Apatiya” filminin təqdimatı baş tutdu - FOTO

Tarix: 19 Fevral 2024 16:33

Fevralın 16-da Park Сinema Park Bulvar filialında Aktyor-rejissor Hikmət Rəhimovun dram janrında çəkdiyi "Apatiya" filminin təqdimatı baş tutdu. İmza gününə gələn qonaqlar və tamaşaçılar filmi yaradıcı heyətlə birlikdə izlədilər.

Filmdən sonra iştirakçılar ürək sözlərini, suallarını rejissor və komandasına ünvanladılar.

Filmin təqdimatı sual-cavab şəklində keçirilən müzakirələrlə, fərqli replikalarla yadda qaldı. Aktyorlar və yaradıcı heyyət tamaşaçıların suallarına cavab verdilər, bəzi məqamlara işıq tutdular.

Bundan əlavə Hikmət Rəhimov gələcək işlərindən danışdı və başqa janrlarda çəkiləcək filmlərin anonsunu verdi.

İmza günü izdihamla keçdi. Gələn qonaqların arasında ədəbiyyat adamları, jurnalistlər, sayt rəhbərləri, mədəniyyət işçiləri və başqa sahələrin nümayəndələri də iştirak edirdi.

Filmi izləyən tamaşaçılar sonda yaradıcı heyyətlə şəkil çəkdirdilər, imza aldılar.

Qeyd edək ki, "Apatiya" filmi Fevralın 9-dan Park Cinema kinoteatrın bütün filiallarında nümayiş olunur. Biletləri "Tələbə tarifi" ilə endirimli qiymət ilə əldə etmək mümkündür.

Milli.Az


Etiketlər:  Apatiya filminin təqdimatı baş tutdu FOTO


RƏYLƏR