Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Türkiyə Superkubokunun yeni tarixi

Türkiyə Superkubokunun  yeni tarixi

Tarix: 19 Fevral 2024 21:02

Türkiyə Superkuboku finalının keçiriləcəyi yer və vaxt bəlli olub.

Milli.Az İdman.Biz-ə istinadən bildirir ki,  "Qalatasaray" və "Fənərbaxça" arasında baş tutacaq oyun aprelin 3-də təşkil ediləcək.

Qarşılaşma Şanlıurfa şəhərində keçiriləcək. Oyunun ötən il dekabrın 29-da Səudiyyə Ərəbistanında təşkili nəzərdə tutulsa da, təşkilatçıların qadağaları üzündən komandalar meydana çıxmaqdan imtina etmişdilər.

Qeyd edək ki, "Qalatasaray" son Türkiyə çempionatının, "Fənərbaxça" isə kubokunun qalibi olub.

Milli.Az


Etiketlər:  Türkiyə Superkubokunun yeni tarixi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ