Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 19 Fevral 2024 23:22
Azərbaycan Premyer Liqasının 23-cü turunun "Neftçi" - "Zirə" matçından sonra (1:0) qonaqların baş məşqçisi Rəşad Sadıqov sosial şəbəkə hesabında maraqlı paylaşım edib.
Sonxeber.net publika.az-a istinadən xəbər verir ki, o, qarşılaşmanın keçirildiyi "Neftçi Arena"nın dəhlizindən görüntülər paylaşıb. Sadıqov xüsusilə bu klubla çempionluq sevinci yaşadığı 2004 və 2005-ci illəri və divarda əks olunan fotosunu qeydə alıb.
Qeyd edək ki, Rəşad Sadıqov 3 dönəm (2001-2002, 2003-2005 və 2006-2008) "Neftçi"də çıxış edib. O, "ağ-qaralar"la 2 dəfə çempion olub və 2 ölkə kubokunu qazanıb. Son dönəmdə isə Zaur Tağızdə ilə birlikdə "Neftçi"nin kapitanı olub.
Futbolçu karyerasının sonlarında "Neftçi"dən baş məşqçi olmaqla bağlı təklif alsa da, qəbul etməyib.