Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 21 Fevral 2024 09:52
İranın "Nəsim" telekanalında yayımlanan "Bequ-bexənd" ("Danış-gül") verlişində tamaşaçıları güldürmək, əyləndirmək üçün əlil insanları ələ salan və aşağılayan 10 dəqiqəlik şou nümayiş etdirilib.
Sonxeber.net "Tabnak"a istinadən bildirir ki, İran dövlət televiziyasının bu hərəkəti sosial şəbəkə istifadəçiləri arasında geniş əks-səda doğurub.
İranda Əlillik Kampaniyası bu proqramı əlil insanlara istehza adlandırıb və bildirib: "Gülmək üçün izlədiyiniz bu verliş əlilləri ələ salmaq üçün göstərilən 10 dəqiqəlik şounun yalnız bir hissəsidir".