Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 21 Fevral 2024 19:28
Britaniya dəniz qüvvələrinin nüvə sınaqları az qala Böyük Britaniyanın Müdafiə Nazirliyinin rəhbəri Qrant Şapsın ölümünə səbəb olacaqdı.
Sonxeber.net publika.az-a istinadən xəbər verir ki, bu barədə "The Sun" məlumat yayıb. Atlantik okeanında təlim zamanı Britaniyanın "HMS Vanguard" sualtı qayığının üçpilləli "Trident 2" ballistik raketini buraxaraq sulara daxil olduğu bildirilir.
Qeyd edilir ki, mərminin buraxılması uğursuz olub və sualtı qayıqdan bir neçə metr aralıya düşüb. Həmin yerdə isə admiral ilə birlikdə nazir də olub.
Müdafiə Nazirliyi hadisəni təsdiqləyib.
Qeyd edək ki, 2016-cı ildə də analoji təlimlər uğursuz alınmışdı.