Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Paşinyanın müavini Kamil Zeynallıdan danışdı: ''Əminəm, amma təfərrüata varmayacağam''

Paşinyanın müavini Kamil Zeynallıdan danışdı: ''Əminəm, amma təfərrüata varmayacağam''

Tarix: 22 Fevral 2024 15:54

İrəvan tərəfindən axtarışda olan Kamil Zeynallının Rusiya tərəfi tərəfindən Bakıya ekstradisiyası ilə bağlı Ermənistan müvafiq tədbirlər görəcək.

Sonxeber.net konkret.az-a istinadən xəbər verir ki, bunu jurnalistlərlə söhbətində baş nazirin müavini Mher Qriqoryan Ermənistan Respublikasının rəsmi reaksiyasının necə olacağı və bu insidentlə bağlı hansı addımların atılacağı sualına cavab verərkən deyib.

"Əminəm ki, tədbirlər olacaq, amma indi təfərrüata varmayacağam, çünki bu məsələ ilə bağlı kollegial müzakirə aparılmalıdır, o cümlədən hüquq-mühafizə orqanlarından olan həmkarlarımızla", - Qriqoryan bildirib.

O əlavə edib ki, rəsmi reaksiyanı gözləmək lazımdır.
 


Etiketlər:  Paşinyanın müavini Kamil Zeynallıdan danışdı Əminəm amma təfərrüata varmayacağam


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ