Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 22 Fevral 2024 23:02
Hazırda qeyd edə bilərik ki, prinsipial məsələlər ətrafında razılıq yoxdur.
Sonxeber.net axar.az-a istinadən xəbər verir ki, bu sözləri Ermənistan XİN rəhbərinin müavini Vaan Kostanyan parlamentdə jurnalistlərlə söhbətində Azərbaycandan sülh müqaviləsi ilə bağlı qəbul edilən növbəti təkliflər haqda danışarkən deyib.
"Ümid edirik ki, bütün məsələlərin müzakirə olunacağı xarici işlər nazirlərinin görüşü baş tutacaq. Hazırda tərəflər arasında fundamental məsələlərdə razılıq əldə olunmayıb. İndi sülh müqaviləsinin mətni ətrafında növbəti görüşlə bağlı müzakirələr gedir", - Kostanyan bildirib.
Xarici işlər nazirinin müavini danışıqların uğurlu gedişinə nəyin mane olduğunu soruşduqda belə cavab verib:
"Mən Azərbaycana nəyin mane olduğunu qiymətləndirə bilmərəm, lakin təsdiq edə bilərəm ki, Ermənistan tərəfi Azərbaycanla münasibətləri tənzimləməkdə maraqlıdır və hazırdır. Münhen görüşü faktını müsbət hesab etmək olar, lakin biz görüşlərdən və müzakirələrdən daha çox əməli fəaliyyətə, son 2-3 ildə əldə edilmiş razılaşmalara, xüsusən də üç prinsip ətrafında son nəticəyə keçməliyik".
Danışıqlar üçün Qərb platformasının üstünlük təşkil etməsinə gəlincə, nazir müavini deyib:
"Qərb platforması" ifadəsi mənim üçün bir az anlaşılmazdır, hazırda vaxt və məkanla bağlı müzakirələr gedir. Yekun razılaşma olanda təbii ki, ictimaiyyətə məlumat verəcəyik".
Qeyd edək ki, Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan dünən Azərbaycandan sülh sazişi ilə bağlı yeni təkliflər paketi aldıqlarını təsdiqləyib.