Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

"Qalatasaray"dan transfer bombası: Daha bir ulduzu alacaq

Tarix: 23 Fevral 2024 15:16

Artıq yay transfer pəncərəsi üçün fəaliyyətə başlayan "Qalatasaray" "Benfika" ilə müqaviləsi iyunun 30-da başa çatacaq Rafa Silvaya göz dikib.

Milli.Az baku.ws-ə istinadən bildirir ki, 30 yaşlı Silvanı başqa klublara itirməmək üçün tez hərəkətə keçməyə qərar verən İstanbul təmsilçisi ulduz futbolçunun meneceri ilə əlaqə saxlayıb.

Sağ və sol cinahda da uğurla çıxış edə bilən Rafa Silva üstün texnikası və oyun intellekti ilə tanınır.

Qeyd edək ki, portuqaliyalı futbolçu bu mövsüm 37 matçda 15 qol vurub və 13 məhsuldar ötürmə edib.

Rafa 25 dəfə Portuqaliya millisinin formasını geyinib.

Baş məşqçi Okan Burukun futboldan yaxşı anlayan futbolçu kimi gördüyü "Benfika" ilə Rafa Silvanın müqaviləsi mövsümün sonunda başa çatacaq.

Futbolçunun hazırki transfer dəyəri 18 milyon avrodur.

Milli.Az


Etiketlər:  Qalatasaraydan transfer bombası Daha bir ulduzu alacaq


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ