Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

O da ABŞ sanksiyalarına məruz qaldı

O da ABŞ sanksiyalarına məruz qaldı

Tarix: 23 Fevral 2024 20:00

Çeçenistan Respublikasının milli siyasət, xarici əlaqələr, mətbuat və informasiya naziri Əhməd Dudayev ABŞ-nin sanksiyalar siyahısına daxil edilib.

Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyinin saytında məlumat verilib.

Qeyd edək ki, ABŞ Prezidenti Co Bayden Rusiyaya qarşı 500-dən çox yeni sanksiyaların tətbiq edildiyini açıqlayıb.

O qeyd edib ki, Vaşinqton bu qərarı davam edən Ukrayna münaqişəsi və Aleksey Navalnıy ilə bağlı vəziyyətlə əlaqədar verib. Baydenin sözlərinə görə, yeni məhdudiyyətlər Rusiyanın maliyyə sektoruna və hərbi sənaye kompleksinə qarşı yönələcək. Bundan əlavə, tədbirlər "sanksiyalardan yayınan" şəxslərə təsir edəcək.


Etiketlər:  ABŞ sanksiyalarına məruz qaldı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ