Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Beş saniyə ərzində xərçəng xəstəliyini aşkar edən test yaradıldı

Beş saniyə ərzində xərçəng xəstəliyini aşkar edən test yaradıldı

Tarix: 24 Fevral 2024 19:03

Tüpürcək nümunəsi əsasında süd vəzisinin xərçəngi üçün ucuz test yaradılıb.

Milli.Az oxu.az-a istinadən bildirir ki, bu test beş saniyə ərzində xəstəliyi aşkar etməyə kömək edəcək.

Florida və Tayvanda tədqiqatçılar ovucun içi boyda, təkrar istifadə edilə bilən cihaz hazırlayıblar. Test zolağında (qlükometrdə istifadə olunanlara bənzər) döş xərçəngi biomarkerlərinə qarşı anticisimlər var.

Tədqiqatçılar bildiriblər ki, bu cihaz döş xərçəngini aşkar etmək üçün mamoqrafiya və ultrasəs kimi xəstəxanada aparılan prosedurlara ucuz alternativ ola bilər. Analiz müddəti hər nümunə üçün beş saniyədən az təşkil edir.

Milli.Az


Etiketlər:  Beş saniyə ərzində xərçəng xəstəliyini aşkar edən test yaradıldı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ