Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Şokolad yeməyin insana verdiyi zərərlər

Şokolad yeməyin insana verdiyi zərərlər

Tarix: 25 Fevral 2024 18:57

Nyu-York Universitetindən diyetoloq və molekulyar bioloq Marion Nesl bildirib ki, məşhur inancın əksinə, istənilən növ şokoladda faydalı bitki birləşmələrinin, "flavonol"ların konsentrasiyası azadır. Eyni zamanda şokoladın tərkibində çoxlu kalori və şəkər var.

Milli.Az oxu.az-a istinadən bildirir ki, diyetoloqun fikrincə, hətta tünd şokolad belə ona aid edilən antioksidant xüsusiyyətlərə malik deyil. Südlü şokoladla müqayisədə onun tərkibində daha çox "flavonol" - bədən hüceyrələrini sərbəst radikalların zədələnməsindən qoruya bilən bitki birləşmələri var. Bunlar maddələr mübadiləsi zamanı bədəndə toplanan hissəciklərdir.

Lakin istənilən növ şokolad hazırlanarkən antioksidantla zəngin kakao tozunu şəkər və tərkibində yüksək dərəcədə kalori, yağ və şəkər olan bitki yağları ilə qarışdırırlar.

Milli.Az


Etiketlər:  Şokolad yeməyin insana verdiyi zərərlər


RƏYLƏR