Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Maldiv Prezidenti İlham Əliyevi təbrik edib

Maldiv Prezidenti İlham Əliyevi təbrik edib

Tarix: 27 Fevral 2024 09:30

Maldiv Respublikasının Prezidenti Məhəmməd Muizzu Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Sonxeber.net president.az-a istinadən bildirir ki, təbrikdə deyilir:

"Zati-aliləri.

Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Maldiv Respublikasının hökuməti, xalqı adından və şəxsən öz adımdan Sizə səmimi təbriklərimi çatdırmaqdan böyük məmnunluq duyuram.

Ümid edirəm ki, əməkdaşlığımızı və dostluq münasibətlərimizi daha da möhkəmləndirmək üçün Zati-alinizlə sıx fəaliyyət göstərəcəyik. Əminəm ki, ölkələrimizin xalqlarının rifahı naminə əlaqələrimizi dərinləşdirmək üçün birgə işləyə bilərik.

Zati-aliləri, xahiş edirəm ən yüksək ehtiramımı qəbul edin".


Etiketlər:  Maldiv Prezidenti İlham Əliyevi təbrik edib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ