Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Ebru Gündeşin ərinin keçmiş arvadı danışdı - FOTOlar

Ebru Gündeşin ərinin keçmiş arvadı danışdı - FOTOlar

Tarix: 1 Mart 2024 08:40

Məşhur türkiyəli sənətçi Ebru Gündeş və iş adamı Murat Özdemir cütlüyü ötən günlərdə Dubayda ailə qurub.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, cütlük toydan sonra paylaşım edərək evlilik iddialarını təsdiqləyib.

Gündeşlə Özdemirin evləndiyi dəqiqələrdə Murat Özdemirin keçmiş arvadı Selin Kabaklı "Instagram" hesabında paylaşım edib.  

"Ya Rəbbim, yol sənin, qul sənin, cəza sənin", - deyə o, paylaşımda bildirib və bu sözləri gündəm olub.

Qeyd edək ki, Murat Özdemirin Selin Kabaklı ilə evli olduğu müddətdə Ebru Gündeşlə eşq macərası yaşadığı iddia edilib.  
Xəyanətə məruz qaldığı iddia edilən Selin Kabaklı bununla bağlı açıqlama verib. 2002-ci ilin "Best model" gözəli seçilən 36 yaşlı və bir uşaq anası olan Kabaklı təfərrüatları paylaşmayıb.

"Bu mənim ilk və son açıqlamamdır. Ümid edirəm ki, Ebru abla mənə yaşatdıqlarını və yaşadılanları yaşamaz. Hər kəsin yolu açıq olsun", - deyə o vurğulayıb.

Milli.Az


Etiketlər:  Ebru Gündeşin ərinin keçmiş arvadı danışdı FOTOlar


RƏYLƏR